RU

Kim Çen İn-dən daha bir çox müzakirə olunacaq qadağa

Kim Çen İn-dən daha bir çox müzakirə olunacaq qadağa

Şimali Koreya lideri Kim Çen İn ölkəsindəki qadağalara bir yenisini əlavə edib.

Sosial şəbəkələrdə gündəm olan iddiaya görə, Şimali Koreya lideri turist bələdçilərinin “hamburger” və “dondurma” sözlərindən istifadə etməsini qadağan edib.

Dövlətin bələdçilərə “hamburger” əvəzinə “dajin-gogi gyeopppang” (qiyməli ikiqat çörək), dondurma üçün isə “eseukimo” (eskimo) ifadələrini işlətməyi tapşırdığı öyrənilib.

İngiltərənin The Sun qəzetinin xəbərinə görə, ölkə lideriKim Çen İn ABŞ-dan qaynaqlanan Cənubi Koreya yeməyinin populyarlığının artdığı dövrdə sosiska verilməsini “vətənə xəyanət” elan edib.

Sosiska bişirərkən və ya satarkən yaxalanan şəxslərin əmək düşərgələrində saxlanılaraq ağır iş cəzasına məhkum edilə biləcəyi bildirilir.

Hökumət həmçinin boşananların da həbs ediləcəyinə qərar verib.

Qeyd edilib ki, boşanma qərarına görə təxminən 30 qadın və kişi həbs olunub. Qadınlara verilən cəzaların daha uzun müddət davam etdiyi vurğulanıb.

Mənbə: Mynet

Избранный
28
afn.az

1Источники