RU

“Ola bilər ki, bu bizə “Benfika” ilə qarşılaşmada çox lazım olsun”

“Məlum səbəblərə görə komandanın birgə məşqi demək olar ki, olmadı. Komanda iki hissəyə bölünmüşdü: milli komandaya gedən futbolçular və burada qalanlar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Benfika” oyunu öncəsi deyib. O, daha sonra belə davam edib:

“Zirə” ilə oyunda istədiklərimizi həyata keçirmək üçün maksimum çalışdıq. Qarşımızda çox yaxşı kollektiv var idi. Bu oyun futbolçularımız üçün çox böyük fayda verdi. Dinamik və çoxsaylı birə-bir mübarizələrlə zəngin oyun oldu. Ola bilər ki, bu bizə “Benfika” ilə qarşılaşmada çox lazım olsun. Heyətimizdə Nərimandan başqa zədəsi olan futbolçumuz yoxdur”.

Избранный
35
1
idmanxeber.az

2Источники