RU

Türk əsilli şəxs Almaniyanın əks-kəşfiyyatına rəhbərlik edəcək

Milliyyətcə türk olan Zinan Zelen Almaniya Konstitusiyasının Müdafiəsi Federal İdarəsinin (əks-kəşfiyyat) rəhbəri vəzifəsinə keçəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bild qəzeti parlamentdəki mənbələrə istinadən yayıb.
 

Məlumata görə, Selen bir neçə il əvvəl Türkiyə vətəndaşlığından imtina edib. Qəzetin yazdığına əsasən, yeni rəhbərin təyinatı barədə bu gün açıqlama veriləcək. Kadr dəyişikliyi ilə bağlı müvafiq məktubu Almaniyanın daxili işlər naziri imzalayacaq.


Selen 1972-ci ildə İstanbulda anadan olub, 4 yaşında “Deutsche Welle” media qrupunun jurnalistləri olan valideynləri ilə birlikdə Almaniyaya köçüb.

O, Almaniya Daxili İşlər Nazirliyində və Federal Cinayət Polis İdarəsində inzibati hüquq üzrə hüquqşünas işləyib. 2019-cu ilin yanvarında Selen əks-kəşfiyyat idarəsinin sədr müavinlərindən biri təyin olunub.

Bizim.Media

Избранный
19
bizim.media

1Источники