RU

Rusiya təsərrüfata raket zərbəsi endirdi: 12 yaralı

Rusiya Sum vilayətinin Boromlyansk icmasında yerləşən aqrotəsərrüfat müəssisəsini raketlərlə vurub.

Axar.az xəbər verir ki, bu barədə Sum vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 12 işçi yaralanıb. Hücum zamanı sahədə məhsul toplayan işçilər və kənd təsərrüfatı texnikaları iki raket zərbəsiylə hədəfə alınıb.

Təxminən 30 kənd təsərrüfatı texnikası, o cümlədən traktor və kombaynlar zədələnib.

Prokurorluq və hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Избранный
28
1
axar.az

10Источники