RU

"Sabah"ın kapitanı: Hətta "Kəpəz"in və “İmişli”nin də çempionluq şansları var

BAKI, 13 sentyabr. TELEQRAF

“Neftçi” – “Sabah” oyunu derbidir. Çünki hər iki komanda Bakıya məxsusdur, bu səbəbdən maraq böyük olur. Amma istərdik ki, stadionda daha çox azarkeş olsun”.

Bunu Teleqraf-a açıqlamasında “Sabah”ın kapitanı Pavol Şafranko Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Neftçi” ilə qolsuz heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

Slovakiyalı hücumçu nəticəni ədalətli sayıb: “Düşünürəm, maraqlı oyun keçdi. Oyunun gedişində taktikanı dəyişdik. Matç 50/50 keçdi və nəticədə bərabərlik oldu”.

Şafranko 3 oyuna yalnız 1 qələbə qazanmalarınının səbəbini belə şərh edib: “Mövsümün əvvəlləridir, buna görə başadüşüləndir. Normal deməzdim. Amma çalışırıq ki, əlimizdən gələni edək. Yeni baş məşqçinin sistemini meydanda oturtmağa çalışırıq. Bunun üçün birlikdə işləyirik. Bu proses davam edir və nəticədə yaxşı olmalıdır”.

31 yaşlı kapitan komandasının çempionluq uğrunda mübarizə aparmaq potensialına malik olduğunu da qeyd edib: “Hamımız yaxşı nəticəyə fokuslanmışıq. “Qarabağ”ın Çempionlar Liqasında oynaması fantastikdir. Onlar Azərbaycanı təmsil edir. Amma biz öz oyunumuza köklənmişik. Bütün komandaların, hətta "Kəpəz"in və “İmişli”nin də çempionluq şansı var. Mövsümün əvvəlidir, buna görə dəqiq hansı pillə uğrunda mübarizə aparacağımızı demək çətindir”.

Избранный
62
2
teleqraf.com

3Источники