Bakının 6 aylıq işğalna son qoyulması Azərbaycanın demokratik dövlətçilik tarixinin formalaşmasına, dövlət kimi hüquqi və faktiki cəhətdən tanınmasına təkan verdi. Düzdür, Bakının o zaman işğaldan azad olunmasını aşağılamaq istəyən milli xəyanətkarlar oldu. Ümumiyyətlə, Azərbaycanın ədalətli mövqeyinə zərbə vuran, müqqədəs işləri ləkələyənləri lənətləmək, qınamaq lazımdır. O zaman minlərlə soydaşımız osmanlı əsgəri birlikdə öz şirin canlarından keçib Bakının azad olunması yolunda şəhid oldular. Bu gün biz həmin insanları böyük ehtiram hissilə anırıq. Onların ruhları qarşısında baş əyirik. Hansısa bir şarlatan çıxıb bu müqqədəs işlərə, bu ülvi amallara ləkə yaxırsa onun milli kimliyi, dini, imanı şübhə doğurur.
Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəlixan Xoylu 1918-ci il, 19 sentyabrda Nuru Paşaya müraciət ünvanlamışdı: "Qafqaz İslam Ordusunun Komandanı Səadətli Nuru Paşa cənablarına! Komandanlığınız altındakı cəsur əsgərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim şəxsinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar duyuram".
Böyük ideallar uğrunda vuruşan və siyasətə əxlaqi dəyərlər gətirən Azərbaycan Xalq Cümhuriyyətnin simaları bizim üçün hər zaman örnək olaraq qalacaqlar. Onların irsi daim öyrənilməlidir. Xalq Cümhuriyyətinin fədakar liderlərini, işıqlı insanlarını biz yaxından tanımalıyıq. Gənc nəslə örnək olacaq bu insanlar heç zaman unudulmamalıdır. Millətin azadlıq ideyaları, dövlətçilik təfəkkürü belə şəxsiyyətlərin yaradıcılığında, mübarizə ruhundadır!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31