RU

Pedro Sançes İspaniyada veloyarışın finalında Fələstini dəstəkləyənlərə rəğbətini ifadə edib

İspaniyanın Baş naziri Pedro Sançes 14 sentyabr tarixində Fələstini dəstəkləyən etirazçılara rəğbətini ifadə edib.

APA "Reuters"ə istinadən xəbər verir ki, Sançes “Vuelta” veloyarışının finalı ərəfəsində bəyanatla çıxış edib:

“Bu gün Vuelta yekunlaşır. Biz idmançılara hörmətimizi və minnətdarlığımızı bildiririk, həmçinin İspaniya xalqının Fələstin kimi ədalətli işlər uğrunda səfərbər olmasına rəğbət bəsləyirik", - Baş nazir vurğulayıb.

Qeyd edək ki, İspaniya 2024-cü ilin may ayında Fələstin dövlətini tanıyıb.

Rəsmi Madrid açıq şəkildə İsrailin Qəzzadakı hərbi əməliyyatlarını tənqid edir.

Избранный
8
2
apa.az

3Источники