Argentina millisinin kapitanı Lionel Messinin kartı rekord məbləğə satılıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumçunun sabiq klubu "Barselona"da debüt etdiyi 2004/2005 mövsümündə hazırlanmış ilk rəsmi kartı hərracda 1,5 milyon dollara alıcısını tapıb.
Nüsxənin keyfiyyəti ən yüksək qiymət - "10" alıb. Kart həmçinin "Mike Baker Authenticated"də brilyant sertifikata layiq görülüb.
Qeyd edək ki, bundan əvvəl ən bahalı kart Braziliya millisinin sabiq forvardı Peleyə məxsus idi. 1958-ci ilə aid olan kart 1,33 milyon dollara satılmışdı.