RU

Tramp: "Ukrayna münaqişəsinin həlli üçün danışıqları şəxsən mən aparmalı olacağam"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya və Ukrayna liderləri arasındakı dərin qarşıdurmaya görə Ukrayna münaqişəsinin həlli üzrə bütün danışıqları şəxsən özü aparmalı olacaq.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, Tramp bu fikirləri Nyu-Cersi ştatının Bedminster şəhərində Ağ Evin mətbuat korpusu ilə söhbəti zamanı səsləndirib.
"Volodimir Zelenski və Vladimir Putin arasındakı nifrət təsəvvür olunmaz dərəcədədir. Hesab edirəm ki, bütün danışıqları mən aparmalı olacağam. Onlar bir-birinə nifrət edirlər", - deyə Tramp vurğulayıb.
Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşünün vaxtı ilə bağlı suala cavabında isə Tramp konkret tarix göstərməyib, lakin danışıqların tezliklə baş tutacağına ümid etdiyini bildirib.
"Bilmirəm, amma nisbətən tezliklə. Bu məsələni bir şəkildə həll edəcəyik, özü də çox gec olmadan", - deyə ABŞ prezidenti əlavə edib.
Избранный
115
50
oxu.az

10Источники