Səudiyyə Pro-liqasının 2-ci turunda “Əl-Nəsr” öz meydanında “Əl-Xolud”u qəbul edərək 2:0 hesablı qələbə qazanıb.
Publika.az xəbər verir ki, oyundan əvvəl “Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldoya Səudiyyə Pro-liqasında ötən mövsümün ən yaxşı bombardiri olduğu üçün “Qızıl buts” mükafatı təqdim olunub.
2024/25 mövsümündə portuqaliyalı hücumçu 30 matçda 25 qol vuraraq ardıcıl ikinci dəfə liqanın bombardiri olub.
Heybət