RU

Türkiyədən TƏCİLİ XƏBƏRDARLIQ: ABŞ ın Yaxın Şərqdəki mövqeləri təhlükədədir KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan hesab edir ki, ABŞ-ın İsraillə münasibətlərinə verdiyi “istisna status” Vaşinqtonun Yaxın Şərqdəki mövqelərinə ciddi zərər vurur.

KONKRET.az xəbər verir ki, nazir “Al Jazeera” və “Qatar TV”yə müsahibəsində bildirib:

“Bilirsiniz ki, Fars körfəzi ölkələrinin, Türkiyənin və prezidentimizin ABŞ-la xüsusi münasibətləri var. Amma Amerikanın siyasi sistemində İsraillə münasibətlər istisna mövqeyə malikdir. Təəssüf ki, bu münasibətlər regiondakı digər ölkələrlə əməkdaşlıqdan üstün tutulur. Bu vəziyyət ABŞ-ın bölgədə mövqelərini itirməsinə səbəb olur, həmçinin Amerikanın regional dostlarını təhqir edir. Özü üçün də bu prosesi dayandırmaq asan deyil”, – Fidan vurğulayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
2
konkret.az

3Источники