RU

İsveçrənin ən böyük bankı ABŞ-a köçə bilər

İsveçrənin ən böyük bankı UBS İsveçrə hökumətinin yeni maliyyə tələblərindən narazı olduğu üçün ABŞ-a köçə bilər.

Editor.az bu barədə The New York Post-a istinadla yazır.

Mövcud məlumata görə, bank rəhbərliyi ölkə hakimiyyətinin UBS-in “təhlükəsizlik buferi”nin 26 milyard dollara çatdırılması tələbindən dərin narahatdır. Bankın yüksək rəhbərliyi hesab edir ki, bu, UBS-in qlobal bazarda rəqabət qabiliyyətini itirməsinə səbəb olacaq.

Nəşrin mənbələri bu yaxınlarda bank rəhbərliyinin ABŞ administrasiyasının nümayəndələri ilə görüş keçirdiyini bildirib. UBS mətbuat xidmətinin nümayəndəsi şərh verməkdən imtina etdi, lakin bankın qərargahının ABŞ-da yerləşməsi ilə bağlı ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə görüşdüyünü inkar etməyib.

//Gülnarə Abasova, Editor.az

Избранный
22
editor.az

1Источники