RU

Milli Teatr yeni mövsümü açıq elan edib

ain.az, Kulis.az portalına istinadən məlumat yayır.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 153-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin teatr haqqında fikirlərinin səslənməsi ilə başlayıb.

Kulis.az xəbər verir ki, açılış mərasimində mədəni dəyərlərimizin qorunması, inkişafı və dünyada təbliği sahəsində Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı qeyd olunub.

Sonra Akademik Milli Dram Teatrının aktyorları təntənəli şəkildə səhnəyə dəvət olunublar.

Açılış mərasimində Azərbaycanda fəaliyyət göstərən bütün teatrların nümayəndələri iştirak ediblər.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov çıxış edib, yeni teatr mövsümünün açılışı ilə bağlı təbriklərini çatdırıblar.

Qeyd edək ki, tədbir musiqi ilə davam etdirilib. Xalq artisti Azər Zeynalov, "Kaman" rəqs qrupu, Azərbaycan Dövlət Mahnı Teatrının solisti Aynur İsgəndərli, əməkdar artist Bəyimxanım Vəliyeva musiqi nömrələri ilə çıxış ediblər.

İstanbulda vandalizm aktı: tarixi məscidin mozaikaları söküldü

165 milyon illik zirehli dinozavr kəşf edildi

Metyu Perrinin ölümü: Son sözləri və ketamin qalmaqalı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
6
kulis.az

10Источники