RU

Sabirabadda qətl hadisəsi…

Sabirabad rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Sitat.info  xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Rüstəm Mehman Əliyev oğlu qətlə yetirilib.

Məlumata görə, qətlə yetirilən şəxsin başı bədənindən ayrılıb.

Qətli törətməkdə şübhəli bilinən rayonun Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Избранный
56
10
sitat.info

10Источники