Qala stansiyasından 127 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, yerli vaxtla saat 07:41-də qeydə alınan zəlzələnin maqnitudası 4 olub.
Zəlzələnin ocağı 76 kilometr dərinlikdə yerləşib.