RU

İsveçrənin ən böyük bankı ABŞ-a köçməyi planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

İsveçrənin ən böyük bankı UBS bank rəhbərliyinin ölkə hökumətindən yeni maliyyə tələbləri ilə bağlı narazılığı fonunda ABŞ- a köçə bilər .

Banco.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb .

Məlumata görə, bank İsveçrədən çıxıb ABŞ-a köçmək istəklərini gücləndirib. Bu addım, İsveçrə tənzimləyicilərinin UBS üçün yeni kapital tələbləri irəli sürməsinə radikal cavab kimi qiymətləndirilir.

Bu, bankın təhlükəsizlik yastığını 26 milyard dollar artırması ilə bağlı hökumətin yeni tələblərinə aiddir. UBS özü hesab edir ki, bu, onun qlobal bazarda rəqabət qabiliyyətinin itirilməsinə gətirib çıxaracaq.

Bundan əvvəl İsveçrənin UBS bankının amerikalıların vergidən yayınmalarına kömək etdiyinə görə milyonlarla dollar ödəyəcəyi bildirilirdi . Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Избранный
27
banco.az

1Источники