RU

Cənubi Koreya, ABŞ və Yaponiya hərbi təlimlərinə start veriblər

Bakı. Trend:

Cənubi Koreya, ABŞ və Yaponiya bu gün “Freedom Edge” (AzadlıqSərhədi) adlı hərbi təlimlərə başlayıb.

Trend "Yonhap"aistinadla xəbər verir ki, manevrlərin məqsədi üç ölkə arasındadəniz, hava və kiberməkan sahələrində birgə əməliyyat imkanlarınıgücləndirmək, qarşılıqlı fəaliyyəti artırmaq və sabit üçtərəfliəməkdaşlığı təmin etməkdir.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bildirib ki,təlimlər Şimali Koreyadan gələn nüvə və raket təhdidlərinə cavabxarakteri daşıyır və regionda sülh və sabitliyə töhfə verəcək.

Plana əsasən, təlimlər dörd gün davam edəcək və Cənubi KoreyanınÇedjudo adasının şərqində və cənubunda yerləşən beynəlxalq sulardakeçiriləcək.

Избранный
97
2
az.trend.az

2Источники