RU

Rafinya və Levandovski La Liqanın tarixinə düşdülər

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

La Liqanın IV turu çərçivəsində "Barselona" dünən "dogma divarlar" arasında "Valensiya"nı 6:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisinin heyətində 3 futbolçu dublla yadda qalıb.

Meydan sahiblərinin qollarını Fermin Lopez, Rafinya və Robert Levandovski vurub. Maraqlıdır ki, braziliyalı və polşalı sonradan meydana daxil olsalar da (müvafiq olaraq 45 və 68-ci dəqiqə) adlarını tabloya yazdırmağı bacarıblar.

İnsayder Aleksis Blaskes xəbər verir ki, La Liqa tarixində ilk dəfə olaraq əvəzetmədən meydana çıxan iki futbolçu dubl edə bilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
sport24.az

1Источники