RU

Zelenski: Ukrayna Rusiya dronlarını bu üsulla məhv edir

Ulusal.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsi Rusiya istehsalı olan pilotsuz uçuş aparatlarına qarşı Qərb tərəfdaşlarının istifadə etdiyindən daha ucuz və sistemli vasitələrə malikdir və bu təcrübəni paylaşmağa hazırdır.

“Ukraynanın müdafiəsi ümumi vəzifədir. Biz bu müdafiəni bütün tərəfdaşlara öyrətməyə hazırıq. Hamı görür ki, ruslar müharibəni Polşa və Baltik ölkələrinin ərazisinə keçirmək yollarını axtarır. Rusiya ordusu Rumıniyanı da sınayır”, – Zelenski axşam müraciətində vurğulayıb.

O qeyd edib ki, NATO-nun “Patriot” kompleksləri, digər sistemləri və güclü qırıcıları mövcuddur, lakin Rusiya istehsalı olan “Şahed” və “Geran” dronlarına qarşı Ukraynada daha ucuz, kütləvi və sistemli həllər tətbiq edilir: “Vacib olan vaxt itirməməkdir”.

Zelenski həmçinin tərəfdaşlara pilotsuz uçuş aparatlarını məhv etmək üçün birgə maliyyələşmə və istehsal layihələri təklif edib.

Xatırladaq ki, sentyabrın 10-da təxminən 20-yə yaxın Rusiya dronu ilk dəfə Polşanın dərinliklərinə daxil olmuş və vurulmuşdu. Onların bəziləri ölkənin şimal və mərkəz bölgələrinə qədər irəliləmişdi.

Избранный
39
moderator.az

1Источники