RU

Windows 10 əməliyyat sistemi ilə çalışan cihazlarda problem yarana bilər

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Microsoft" istifadəçilərə "Windows 10" əməliyyat sisteminin dəstəklənməsini 2025-ci il oktyabrın 14-də başa çatdıracağını xatırladıb.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytından məlumat yayılıb.

Məlumata görə, həmin gün "Windows 10 2015 LTSB" və "Windows 10 IoT Enterprise LTSB 2015" sistemləri üçün genişləndirilmiş dəstək başa çatacaq.

Bundan sonra şirkət təhlükəsizlik yeniləmələrini, səhvləri aradan qaldırmağı və sistemin sabitliyi, yararlılığı ilə bağlı texniki yardımı dayandıracaq.

İstifadəçilərə "Windows 11"ə keçmək və ya "Windows 10"un istifadə müddətini ildə 30 dollara Genişləndirilmiş Təhlükəsizlik Yeniləmələri (ESU) proqramı ilə uzatmaq təklif olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
1
oxu.az

2Источники