BAKI, 15 sentyabr. TELEQRAF
Kamçatkada 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatında deyilir.
“Seysmik hadisənin maqnitudası 5,8-dir. Cihaz məlumatlarına görə, bəzi bölgələrdə yeraltı təkanlar üç bala qədər hiss edilib", - qurumdan bildirilib.