RU

Ukrayna yığması oyunu boykot etdi

Ukraynanın çimərlik futbolu üzrə yığması dünya ictimaiyyətinə müraciət edib.

Publika.az xəbər verir ki, müraciət Ukrayna Çimərlik Futbolu Assosiasiyasının sosial şəbəkələrində yayımlanıb.

Sentyabrın 14-də Ukrayna Avroliqa-2025-in bürünc medalları uğrunda görüşdə Belarusla qarşılaşmalı idi. Lakin “mavi-sarılar” bu oyunu boykot etmək qərarına gəlib.

Qara köynək geyinmiş ukraynalı futbolçular Rusiyaya Ukrayna xalqına qarşı müharibəni davam etdirməyə kömək etdiyi üçün dünya ictimaiyyətinə və təşkilatlara müraciət edərək Belarus yığmasını yarışdan kənarlaşdırmağa çağırıblar.

“Ukrayna Çimərlik Futbolu Assosiasiyası, Milli Komandalarımız, kişilərdən ibarət yığmanın baş məşqçisi Nikolay Kostenko bütün azarkeşlərə, idmançılara və beynəlxalq təşkilatların rəhbərlərinə müraciət edir.

Bu gün Ukrayna Avropada azadlıq və sülh üçün öz xalqının həyatını ödəyir. Bu müharibədə Belarus Rusiyanın şərikinə çevrilib – onun ərazisindən bizim torpağımıza raketlər uçur, onun köməyi ilə dinc insanlar həlak olur.

Избранный
39
2
publika.az

3Источники