RU

Əlcəzair Prezidenti yeni hökuməti təsdiqləyib

Bakı, 15 sentyabr, AZƏRTAC

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Baş nazir Sifi Qrebin rəhbərlik etdiyi kabinetə 10 yeni nazir daxil olub.

Qeyd edək ki, keçmiş sənaye naziri Qrib avqustun 28-də Nader Ərəbini əvəz edərək baş nazir səlahiyyətlərini icra edirdi.

Избранный
48
3
azertag.az

4Источники