RU

İspaniya hökuməti 53 min qanunsuz turizm mənzilini bazardan çıxarır

Bakı. Trend:

İspaniya hökuməti ölkədə artmaqda olan mənzil çatışmazlığınınqarşısını almaq məqsədilə 53 min 876 qanunsuz turizm mənzilininonlayn platformalardan silinməsini qərara alıb.

Trend xəbər verirki, bu barədə Baş nazir Pedro Sançes Malaqada keçirilən partiyatədbirində bildirib.

O qeyd edib ki, həmin mənzillər yaxın vaxtlarda adi mənzilbazarına qaytarılacaq və gənclər və ailələr üçün istifadəyəveriləcək. Silinməyə məruz qalan mənzillər, məcburi qeydiyyatnömrəsi üçün müraciət etmiş, lakin qanuni tələblərə cavab vermədiyiüçün nömrə almayan obyektlərdir.

Ən çox qanunsuz mənzil aşkarlanmış şəhərlər Sevilya (2 289),Marbella (1 802), Barselona (1 564), Malaqa (1 471) və Madrid (1257) olub. Mənzil Nazirliyi artıq müvafiq platformaları bu barədəməlumatlandırıb.

Избранный
60
az.trend.az

1Источники