RU

“Aston Martin”in ehtiyat pilotu Drugoviç Formula E-də debüt edəcək

“Formula-1”də “Aston Martin” komandasının ehtiyat pilotu Felipe Drugoviç növbəti mövsüm Formula E-də “Andretti” komandası ilə çıxış edəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə "The Race" xəbər verib.

Məlumata görə, Drugoviç “Andretti”də Niko Myullerin yerini tutacaq. Myuller isə gözlənildiyi kimi, “Porsche”nün fabriki komandasında yarışacaq. Drugoviçin ilk rəsmi çıxışı oktyabrda Valensiyada keçiriləcək mövsümöncəsi testlərdə planlaşdırılır. Sezon isə dekabrda San-Paulu Qran-Prisi ilə başlayacaq.

Rəsmi açıqlama yaxın günlərdə veriləcək.

Qeyd edək ki, əvvəlcə “Aston Martin” pilotu Fernando Alonso ümid etmişdi ki, ehtiyat pilot Drugoviç Formula-1-də əsas sürücü yeri əldə edəcək.

Избранный
20
90deqiqe.az

1Источники