RU

Qalmaqal yaradan aparıcı jurnalistikadan getdi: Bu, mənə bir daha sübut etdi ki...

Mia.az saytına istinadən ain.az xəbər verir.

Aparıcı Səidə Bəkirqızı "Space TV"dən ayrılıb.

Mia.az-ın məlumata görə, Səidə Bəkirqızının aparıcısı olduğu "Xəbərin izində" verilişi növbəti həftədən başqa aparıcının təqdimatında yayımlanacaq. 

Teleaparıcı faktı təsdiq edib. O, bundan sonra jurnalistika fəaliyyəti ilə məşğul olmayacağını da deyib: "Ayrılıq qərarını özüm almışam. Nəinki televiziyadan, hətta 25 ilidir ki, çalışdığım jurnalistikadan da gedirəm. Yanlış olmayan ifadələrimə görə televiziyanın yayımı dayandırıldı. Bu, mənə bir daha sübut etdi ki, Səidə artıq yetər, get".

Bildirilib ki, verilişdə Səidəni aparıcı Elvin Basqallı əvəz edəcək(Azxeber)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
1
mia.az

2Источники