RU

Ayxan Abbasov: “Fasilədən səmərəli istifadə etdik”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, “Şamaxı” bu gün doğma meydanda qarşılaşdığı Yevlax təmsilçisini 3:0 hesabıyla məğlub edib.

Ayxan Abbasov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün önəmli oyun idi. Bu gün azarkeşlərimizə qələbə hədiyyə etmək istəyirdik. İlk qələbəmizi qazandıq. Hər xal önəmlidir. İşimizin öhdəsindən gəldik. “Karvan”ın əvvəlki oyunlarına baxmışıq. Çox yaxşı mübarizə aparıblar. İlk qolu vurandan sonra oyun bizim nəzarətimizdə oldu. Bundan da yaxşı ola bilərik. Futbolçularımızın potensialı var. Millinin oyunlarına görə yaranmış fasilədən səmərəli istifadə etdik. Sevindirici haldır ki, ikinci hissədə meydanda gənc oyunçuların sayı çox oldu. Burada qazanan milli komanda olacaq. Çempionat daha da sərtləşir. Növbəti oyunlara hazırlaşacağıq”.

Ayxan Abbasov gənc oyunçuların performansına da toxunub:

“Əlbəttə, hazırda onlardan yüz faiz razı deyilik. Emil Süleymanov artıq bizim əsas oyunçumuzdur. Oruc Məmmədov da formasını bərpa edib. Həm millidə, həm də klubda yaxşı oynadı. Rüfət Abbasov daim əsas heyətdə çıxış edir. Edqar Adilxanov əməliyyat olunacaq. Təxminən 3 həftə bizimlə olmayacaq. Milli komandada zədələnib. Sənan Muradlı 2006-cı il təvəllüdlüdür, gələcəyi hələ qarşıdadır. Nihat Mehralıyevin Premyer Liqada ilk oyunu idi. Onlara vaxt lazımdır. İnanıram ki, gələcəkdə hamısı bizə xeyir verəcək”.

Ayxan Abbasov Azərbaycanın əsas milli komandasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransaya qarşı keçirəcəyi oyun barədə danışmaq istəməyib:

“Bu suala cavab verə bilmərəm. Çünki mən U-21 millimizin baş məşqçisiyəm. Bir oyunluq əsas milliyə kömək etdim. Hazırda mənim bütün fikrim “Şamaxı”nın və U-21-in qarşıdakı iki oyunundadır.

Əsas millidən baş məşqçi olmaqla bağlı təklif gəlsə, müzakirə olunmalıdır. Fikir mübadiləsi aparılacaq çox mövzu var. Tək Fransa ilə oyuna hazırlıqdan söhbət gedə bilməz. Yəqin ki, federasiyanın vaxtı var. Yaxşı düşünəcəklər. Çünki qərar düz olmalıdır. Gələn məşqçi tək bu oyunları yox, gələn ili də düşünməlidir. Bu, böyük mövzudur. Biz federasiyasının məşqçisiyik. Ehtiyac varsa, canla-başla hazırıq”.

Azər Həşimov: “Hesab oyuna görə olmadı”

“Karvan”ın baş məşqçisi Azər Həşimov isə matçdan sonra keçirilmiş mətbuat konfransında bunları dilə gətirib:

“Ayxan Abbasovu əsas milli komandanın baş məşqçisi kimi 1 xal qazanması münasibəti ilə təbrik edirəm. Bu oyuna gəldikdə, komandamız əzmkar futbol oynadı. Hesab oyuna görə olmadı. Fərdi səhvlərdən qollar buraxdıq. İkinci qoldan sonra komandada düşüş yaşandı. Geridönüş etməyə çalışsaq da, alınmadı. Futbolda hər şey olur. Milyonluq futbolçular da səhv edirlər. Bu oyun səhvlərin üzərində qurulub. Səhvlərimizi təhlil edib, daha yaxşı hazırlaşıb, “İmişli” ilə matça çıxacağıq. Zədəli futbolçularımız da var idi. Bu da oyuna öz təsirini göstərdi”.

error: Məzmun qorunur!
Избранный
12
11
arena.az

10Источники