RU

PSJ 3 xalı 2 qolla qazandı

Fransa Liqa 1-in 4-cü turunda PSJ öz meydanında “Lans”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Park de Prens” stadionunda baş tutan qarşılaşma 2:0 hesabı ilə Paris klubunun qələbəsi ilə yekunlaşıb.

15-ci dəqiqədə hücumçu Bredli Barkola hesabı açıb, ötürməni Vitinya verib. 30-cu dəqiqədə parislilərin gürcü vingeri Xviça Kvaratsxeliya zədələnərək əvəzlənib. 51-ci dəqiqədə Barkola yenidən fərqlənərək dublunu rəsmiləşdirib, ötürməni yenə Vitinya edib. Daha sonra PSJ-də zədələr davam edib – 57-ci dəqiqədə Li Kan İn, 70-ci dəqiqədə isə Lukas Beraldo oyunu tərk edib.

Bu qələbədən sonra PSJ 4 oyunda topladığı 12 xalla Liqa 1-in lideridir. “Lans” isə 6 xalla turnir cədvəlində qalır.

Избранный
45
90deqiqe.az

1Источники