RU

"Mançester Siti" derbidə "Mançester Yunayted"i darmadağın etdi

İngiltərə Premyer Liqasının (APL) 4-cü turunda "Mançester Siti" səfərdə "Mançester Yunayted" üzərində böyük hesablı qələbə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Mançesterdə “Etihad” stadionunda keçirilən oyun 3:0 hesabı ilə başa çatıb. Qolları 18-ci dəqiqədə ingilis Fil Foden, 53 və 68-ci dəqiqələrdə isə norveçli Erlinq Haaland vurub. Erlinq Haaland matçın ən yaxşı oyunçusu seçilib.

Növbəti turda “Siti” London “Arsenal”ı ilə qarşılaşacaq.

Избранный
8
2
bakivaxti.az

10Источники