Azərbaycan Prezidenti İlham Əliyevin son beş ildə ölkədə yaşanan prosesləri “qələbə tarixi” adlandırması Rusiya KİV-də viral olub.
Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya mediasında və Teleqram kanallarında məlumat paylaşılıb.
Bildirilib ki, Prezident İlham Əliyev Xocavənd rayonuna səfərində son 5 ili “qələbə” sözü ilə təsvir edib. Toyuqlu pizza
“Son beş ilin tarixi göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməyib”, – deyə İlham Əliyev vurğulayıb.
Prezident əlavə edib ki, Azərbaycan döyüş meydanında qələbə qazanaraq dünyaya gücünü sübut edib. Dövət başçısı həmçinin bildirib ki, Bakı həmişə ədalətə və beynəlxalq hüquqa əsaslanan sülhə sadiq qalıb.
“Avqustun 27-də İlham Əliyev demişdi ki, Azərbaycan 2024-cü ilin dekabrından sonra Rusiya ilə münasibətlərin korlanmasına görə heç bir məsuliyyət daşımır. Onun sözlərinə görə, Bakı “təcavüz və ya hörmətsizlik təzahürlərinə heç vaxt dözməyəcək”, – Rusiya mediası xatırladıb.
Telegram kanalımız