RU

Bu ölkədən Polşaya dəstək

Çexiyanın xüsusi əməliyyatlar helikopter bölməsi yaxın saatlarda Polşaya gələcək.

XəzərNews.az xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernohova bildirib.

Onun sözlərinə görə, bölməyə üç Mi-171Š helikopteri və 150-yə yaxın hərbçi daxildir.

Missiyanın fəaliyyət müddəti üç aydan çox olmayacaq. Hərbçilər bir neçə gün ərzində öz tapşırıqlarını yerinə yetirməyə başlamalıdırlar.

Qoşunların göndərilməsi bundan əvvəl Deputatlar Palatası tərəfindən təsdiq edilmiş və 2026-cı ilə qədər qüvvədə olacaq mandat - NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, ötən həftə NATO-nun Baş katibi Mark Rütte alyansın şərq cinahının müdafiəsinin gücləndirilməsinə yönəlmiş “Eastern Sentry” (“Şərq keşikçisi”) əməliyyatının başlandığını elan edib.

Xəbər 3 dəfə oxunub.
Избранный
6
3
xezernews.az

8Источники