RU

Starmer: İnsanların etiraz etmək hüququ var, amma polisə hücum qəbuledilməzdir

Böyük Britaniyanın Baş naziri Kir Starmer Londonda keçirilən aksiyalar fonunda insanların etiraz etmək hüququna malik olduğunu bildirib.

 

Bu barədə o, "X" hesabında yazıb.

 

“İnsanların dinc etiraz etmək hüququ var. Bu, ölkəmizin əsas dəyərlərindən biridir. Amma polis əməkdaşlarına, öz işini görən hüquq-mühafizə orqanlarına hücumlar qəbuledilməzdir. Həmçinin insanların mənşəyinə və ya dərisinin rənginə görə küçəyə çıxmaqdan çəkinməsinə də imkan verməyəcəyik”, – Starmer vurğulayıb./APA

Tarix: 14 Sentyabr 2025, 20:56   
Избранный
22
8
pravda.az

9Источники