RU

Özbəkistanda qatar avtomobillə toqquşub: 6 nəfər həlak olub

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Özbəkistanda dəmiryolu keçidində baş verən ölümcül qəzada beş qadın və bir uşaq həyatını itirib.

Oxu.Az xəbər verir ki, bu barədə Özbəkistan Dəmir Yollarının Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, faciə Çortok və Uyçi stansiyaları arasında yerləşən nəzarətsiz dəmiryolu keçidində baş verib.

Minik avtomobilinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, qatar yaxınlaşarkən dəmiryolu xəttini keçməyə cəhd edib. Toqquşma nəticəsində avtomobildə heç kim sağ qalmayıb.

Qeyd edilir ki, qatar maşinistləri təcili əyləc sistemini işə salıblar, lakin toqquşmanın qarşısını almaq mümkan olmayıb. Mətbuat xidməti əlavə edib ki, qatar cüzi zədələnib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
4
oxu.az

5Источники