RU

Roma Papası XIV Leo İlon Maskı triloner olacağı ilə bağlı xəbərləri sosial probkem olaraq dəyərləndirib

XIV Leo: Əgər dəyərli olan yeganə şey budursa, deməli, böyük problemlərimiz var...

Poliqon xəbər verir ki, Roma Papası XIV Leo Tesla şirkətinin İlon Maska bir trilyon dollar ödəməsi kimi yüksək korporativ əmək haqlarını sərt şəkildə tənqid edib. Reuters Agentliyinin yayımladığı və Pontifikin gələcək bioqrafiyasına həsr ediləcək hissələrdə o, bu məsələyə münasibət bildirib.

"İlon Maskın dünyada ilk trilyoner olacağı xəbəri yayılır. Bunun mənası və mahiyyəti nədir? Əgər dəyərli olan yeganə şey budursa, deməli, böyük problemlərimiz var", deyə Pontifik qeyd edib.

Roma Katolik Kilsəsinin rəhbəri əlavə edib ki, 60 il əvvəl baş direktorlar işçilərdən bəlkə də dörd-altı dəfə çox qazanırdılar, indi isə bu nisbət 600 dəfəyə qədər yüksəlib.

Papa Birləşmiş Millətlər Təşkilatının (BMT) də artıq effektiv çoxtərəfli diplomatiyanı təşviq edə bilməməsini fə tənqid edib.

"BMT bir çox məsələlərin həll edildiyi yer olmalıdır. Təəssüf ki, artıq hamı tərəfindən qəbul edilib ki, BMT, ən azı, indiki vəziyyətdə çoxtərəfli məsələlərin həlli üçün insanları bir araya gətirmə qabiliyyətini itirib", deyə Pontifik vurğulayıb.

Poliqon.info

Избранный
7
poliqon.info

1Источники