RU

Alimlər qarşı cins üçün cəlbediciliyin sirrini açıqladı

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, insanın cəlbediciliyi yalnız gözəl üz cizgiləri ilə məhdudlaşmır. Əslində bu, ümumi xüsusiyyətlərin, şəxsi üstünlüklərin və incə qeyri-verbal siqnalların – səs, hərəkət və hətta qoxunun mürəkkəb birləşməsindən formalaşır. 

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "British Journal of Psychology” jurnalında dərc olunub.

Əvvəlki araşdırmalar əsasən simmetriya kimi universal meyarlara diqqət yetirərək üzün cəlbediciliyini öyrənirdi. Lakin gündəlik həyatda insanlar bir-birini daha geniş formada – səs, jest və bədən qoxusu vasitəsilə də qəbul edirlər.

Yeni işdə 130-dan çox gənc iştirak edib. Onların bir qrupu – "agentlər” – öz şəkillərini, səs yazılarını, neytral ifadəli qısa videolarını və fiziki fəaliyyət zamanı toplanmış bədən qoxusu nümunələrini təqdim edib. Digər qrup – "dəyərləndiricilər” – bu siqnalları ayrıca olaraq cəlbedicilik miqyasında qiymətləndirib.

Nəticələr göstərib ki, ən cəlbedici çoxkanallı stimullar – yəni səsli videolar olub. Ən az cəlbedici isə qoxu nümunələri hesab edilib. Üz şəkilləri, səs yazıları və səssiz videolar aralıq mövqedə qərarlaşıb, lakin onlar arasında ciddi fərq müşahidə olunmayıb.

Maraqlıdır ki, bəzi siqnallar bir-birini tamamlayıb: xoş səs çox vaxt cəlbedici sima ilə üst-üstə düşüb. Ən güclü uyğunluq üz və səs arasında, ən zəifi isə qoxu ilə fotoşəkil arasında müşahidə olunub. Bununla belə, bədən qoxusunun cəlbediciliyi ilə hərəkətlərin cəlbediciliyi arasında müsbət əlaqə qeydə alınıb. Bu da sağlamlıq və hormonal vəziyyət kimi ümumi bioloji amillərlə izah oluna bilər.

Alimlər gələcəkdə bu cür qeyri-verbal siqnalların ünsiyyət və münasibətlərə təsirini, həmçinin hansı hərəkət və ya qoxu elementlərinin insanı daha cəlbedici etdiyini öyrənməyi planlaşdırır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
qaynarinfo.az

1Источники