RU

Almaniya kütləvi deportasiyayaHAZIRLAŞIR

Almaniya hökuməti ölkədəki Əfqanıstan vətəndaşlarının öz vətənlərinə kütləvi deportasiyasına hazırlaşır. Bunun üçün Taliban rejimi ilə gizli danışıqlar aparılır.

Redaktor.az xəbər verir ki, bu barədə “Bild” qəzetində dərc olunan məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, Daxili İşlər Nazirliyi Əfqanıstana deportasiyalarla bağlı hazırlıqlar görür. Bu deportasiyalar əvvəlkilərdən daha asan, müntəzəm və geniş miqyasda həyata keçiriləcək. Deportasiyalar təkcə çarter reysləri ilə deyil, müntəzəm reyslərlə də həyata keçiriləcək.

Qəzetin məlumatına görə, Almaniya hökumətinin nümayəndələri artıq Taliban rejimi ilə danışıqlar aparır. Sentyabrın əvvəlində Daxili İşlər Nazirliyinin əməkdaşları Qətərdə əfqan nümayəndələri ilə müntəzəm deportasiya mexanizminin yaradılmasını müzakirə ediblər. Hazırda Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin Kabula göndərilməsinə hazırlıq görülür.

Qeyd edək ki, Taliban rejiminin 2021-ci ilin yayında hakimiyyətə gəlməsindən indiyədək Almaniyadan Əfqanıstana cəmi iki deportasiya uçuşu həyata keçirilib. Ötən ilin payızında 28, bu ilin iyulunda isə 81 ağır cinayətkar ölkədən deportasiya olunub. Alman polisinin məlumatına görə, 2015-2024-cü illərdə azı bir əfqan şübhəlinin iştirak etdiyi 108 min 409 ağır cinayət hadisəsi qeydə alınıb. Həmçinin ötən ilin sonuna Almaniyada təxminən 461 min əfqanəsilli şəxs yaşayıb. Onların 347 min 600-ü sığınacaq axtaran şəxslər olub.


Избранный
17
8
redaktor.az

9Источники