RU

"Qarabağ" bu gün Lissabona yollanır - Nərimanla Montiel haqda son dəqiqə xəbəri!

Çempionlar Liqasının əsas mərhələsinin ilk turu çərçivəsində səfərdə "Benfika" ilə qarşılaşacaq "Qarabağ" bu gün saat 19.10-da çarter reysiylə Bakıdan Lissabona yollanacaq.

Bu barədə "Football-plus.az"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. Klub rəsmisi zədəli futbolçuların - Nəriman Axundzadəylə Xoni Montielin durumundan da danışıb.

O bildirib ki, hər iki futbolçunun müalicəsidavam edir. Sadəcə, Nəriman komandayla birgə Portuqaliyaya yollanacaqsa, Montiel Bakıda qalacaq. Adı çəkilən oyunçuların "Benfika"yla matçı buraxacağı dəqiqdi. Ona görə ki, onların sağlamlığını tam bərpa etməsi üçün 4 həftə vaxt lazımdı.
Qurban Qurbanov sabah Lissabonda media nümayəndələrinin önünə çıxacaq. "Köhlən atlar"ın baş məşqçisinin mətbuat konfransı Bakı vaxtıyla 22.00-da başlayacaq. Komandanın jurnalistlər üçün açıq məşqi isə 22.30-da olacaq.

Xatırladaq ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-sı, saat 23.00-da "Estadio do SL Benfika" stadionunda start götürəcək.

KƏNAN BAHADIR

Избранный
51
50
football-plus.az

10Источники