RU

“Benfika”-“Qarabağ” matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun “Benfika” (Portuqaliya) – “Qarabağ” görüşünün hakimkəri bəlli olub.

Bizim.Media xəbər verir ki, matçı belçikalı FİFA Referisi Erik Lambrexts idarə edəcək.

Co De Veird və Kevin Monteni köməkçi hakim funksiyasını yerinə yetirəcəklər. Natan Verbumen isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

“Benfika” – “Qarabağ” matçı sentyabrın 16-da, saat 23:00-da baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
38
16
bizim.media

10Источники