RU

Leninqrad vilayətində vaqonlar relsdən çıxıb, müstəntiqlər təxribat versiyasını yoxlayırlar

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Moskva, 14 sentyabr, AZƏRTAC

Leninqrad vilayətinin Stroqanovo-Mşinskaya bölgəsində üç boş yük qatarı vaqonu relsdən çıxıb.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində şəhərətrafı 7 qatarın hərəkəti müvəqqəti olaraq dayandırılıb, eləcə də iki “Lastoçka” qatarının (Pskov-Sankt-Peterburq və Sankt-Peterburq-Peçorı) hərəkət istiqaməti dəyişdirilib, bununla əlaqədar olaraq onlar iki saat gecikir.

Regionun qubernatoru Aleksandr Drozdenko bildirib ki, hadisə ilə əlaqədar müstəntiqlər təxribat versiyasını yoxlayırlar.

“Bundan əlavə, Leninqrad vilayətinin Qatçina dairəsindəki Semrino stansiyası yaxınlığında teplovoz relsdən çıxıb, sürücü həlak olub”, - deyə qubernator qeyd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
1
3
azertag.az

4Источники