RU

Boks tarixində Krouford kimisi olmamışdı

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Ötən gecə Las-Veqasda peşəkar boks tədbiri baş tutub. Gecənin əsas hadisəsi Terens Kroufordla Saul Alvares arasındakı döyüş olub.

Fanat.Az xəbər verir ki, 12 raund davam edib görüş Kroufordun qələbəsi (116-112; 115-113; 115-113) ilə yekunlaşıb. 

Beləliklə, 37 yaşlı Terens mütləq dünya çempionu ünvanına sahib çıxıb.

Bu, Kroufordun ikinci orta çəki dərəcəsində ilk döyüşü olub və o, tarixi rekorda imza atıb. Buvaxta qədər müasir boks tarixində Terensdən əvvəl heç kim kişilər arasında üç çəkidə mütləq çempion olmamışdı.

Krouford hələ də məğlubiyyətsizdir. O, karyerasında 42-ci qələbəsini qazanıb. Alvares isə üçüncü dəfə məğlub olub. Onun aktivində 63 qələbə və 2 heç-heçə var.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
1
fanat.az

2Источники