ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin sığorta bazarlarının 2030-cu ilə qədər illik orta artım tempinin (Compound Annual Growth Rate - CAGR) 44–51 % aralığında olacağı proqnozlaşdırılır.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında deyib.
Onun sözlərinə görə, bu proqnozu təmin edən əsas indikatorlara təkrarsığorta münasibətlərinin sistemli formalaşdırılması, bazarlararası təcrübə mübadiləsi, kadr və məlumat axınının təşkili, sığorta sahəsində təlim-tədris əməkdaşlığı, həmçinin Türk Dünyası Sığorta Birliyi çərçivəsində təkrarsığorta hovuzunun yaradılması daxildir.
E. Mirsalayev ötən ilin nəticələrinə də toxunaraq bildirib ki, TDT ölkələrinin sığorta bazarlarında ciddi dinamika müşahidə olunub: Azərbaycanda – 10,7 %, Qazaxıstanda – 41,38 %, Qırğızıstanda – 71,32 %, Türkiyədə – 72,5 %, Özbəkistanda – 21,22 % artım olub.
Onun sözlərinə görə, bu artım və qurulan institusional mexanizmlər türk dövlətləri arasında sığorta bazarlarının inteqrasiyasını sürətləndirəcək, qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.