RU

Nantda “Hər şeyi bloklayaq” aksiyası:“Maaşları artırın, dəniz səviyyəsini yox!”

Fransanın Nant şəhərində və Loar-Atlantik bölgəsində “Bloquons tout” (“Hər şeyi bloklayaq”) hərəkatı davam edir. Sentyabrın 13-də minlərlə insan şəhərin mərkəzində – tramvay yollarının kəsişməsində toplaşaraq, sosial ədalət, maaş artımı və ekoloji siyasətlərə dair tələblərini dilə gətirib.

“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, aksiya qərarı ümumi yığıncaqda qəbul edilib. Toplantıdan sonra etirazçılar şənbə günü saat 14:00-da şəhərin tramvay kəsişməsində toplaşmaq barədə razılaşıblar. Nəticədə tramvayların hərəkəti tamamilə dayandırılıb.

Bildirilir ki, ilkin mərhələdə təxminən 300 nəfərlə başlayan yürüşə 2000-ə yaxın insan qoşulub. Aksiyada sol partiyaların və həmkarlar ittifaqlarının (NPA, Solidaires, CNT, FSU, Union Pirate və s.) bayraqları dalğalanıb.

Etirazçılar Loar-Atlantik prefekturasına doğru yürüş ediblər. Yürüş zamanı faşizm əleyhinə, Prezident Emmanuel Makrona qarşı şüarlar səsləndirilib və mahnılar oxunub.

Plakatlarda etirazçılar “Zənginləri vergiyə cəlb edin”, “Maaşları artırın, dəniz səviyyəsini yox!”, “Makron istefa” kimi tələbləri vurğulayıblar. Bu mesajlarla həm iqtisadi bərabərsizlik, həm də iqlim dəyişikliyi məsələlərinə diqqət çəkilib.

Etirazçılar Strasburq küçəsi ilə Verdun küçəsinin kəsişməsində polis səddi ilə qarşılaşıblar. Yürüşün ön sıraları küçəyə daxil olmaq istəyərkən, orada qısa müddətli gərginlik yaşanıb. Polis isə gözyaşardıcı qaz tətbiq edib.

Nant şəhərində ictimai nəqliyyat da aksiyadan ciddi şəkildə təsirlənib. Naolib nəqliyyat operatoru saat 13:30-da sosial şəbəkə “X” üzərindən bütün tramvay xətlərinin saat 17:30-a qədər dayandırıldığını elan edib.

Избранный
16
ikisahil.az

1Источники