RU

SOCAR : AÇG-dən 612,2 milyon ton neft və 238,7 milyard kubmetr qaz hasil edilib

Bu ilin sentyabrın 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokundan 612,2 milyon ton neft və 238,7 milyard kubmetr qaz çıxarılıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında bildirilir.

Xatırladaq ki, bu gün “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən işlənmiş Sazişin imzalanmasının 8-ci ildönümüdür.

Yeni sazişə əsasən, AÇG-nin işlənməsi müddəti 2050-ci ilə qədər uzadılıb. Həmçinin Azərbaycan tərəfinə çatacaq mənfəət neftinin payı 75 % müəyyən edilib. 2018–2025-ci illərdə Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard ABŞ dolları həcmində bonus ödənilib. Yataqların işlənməsinə 40 milyard dollardan artıq sərmayə yatırılması nəzərdə tutulur.

2019-cu ildə AÇG üzrə “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinə yekun investisiya qərarı qəbul edilib. 2024-cü ilin aprelində ACE-dən ilk neft hasil olunub. İstismar müddətində 300 milyon barelədək neft hasilatı planlaşdırılır.

Hazırda AÇG-də pay bölgüsü belədir: SOCAR – 31,65 %, BP – 30,37 %, MOL Group – 9,57 %, INPEX – 9,31 %, ExxonMobil – 6,79 %, TPAO – 5,73 %, ITOCHU – 3,65 %, ONGC Videsh Limited (OVL) – 2,92 %.

MənbəREPORT
Избранный
55
7
banker.az

9Источники