RU

Tbilisi meri uğrunda 9 namizəd mübarizə aparacaq

Gürcüstanın Mərkəzi Seçki Komissiyası Tbilisi meri vəzifəsinə 9 nəfərin daxil olduğu namizədlərin siyahısını dərc edib.

Tbilisidə mer seçkilər oktyabrın 4-də keçiriləcək.

Tbilisi meri vəzifəsi uğrunda Teymuraz Bokelavadze (“Vətən, Dil, İnam”), Zurab Maxaradze (“Gürcüstan üçün Mühafizəkarlar”), Kaxa Kukava (“Azad Gürcüstan”), Otar Çitanava (“Gürcüstan Vətənpərvərlər Alyansı”), İrakli Kupradze (“Güclü Gürcüstan – Lelo”), Giorgi Liluaşvili (“Gürcüstan”), Giorgi Qaçeçiladze (“Yaşıllar Partiyası”), İaqo Xviçia ("Qirçi") və hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasından Kaxa Kaladze mübarizə aparacalar.

Qeyd edək ki, Gürcüstanın paytaxtında oktyabrın 4-də yerli məşvərət orqanının - sakrebulonun merinə və müavinlərinə seçkilər keçiriləcək.

İlkin məlumatlara görə, seçicilərin sayı 1 035 873 nəfərdir.

Qələbə qazanmaq üçün namizəd 50 faizdən çox səs toplamalıdır.

Məlumat üçün bildirək ki, Tbilisi Sakrebulo ölkənin ən böyük bələdiyyə məşvərət orqanıdır. O, 50 deputatdan ibarətdir. Deputatların 25-i partiya siyahıları ilə, qalanları isə majoritar dairələrdə səs çoxluğu ilə seçilir.

Namizədin seçilməsi üçün partiya 4 faizdən çox səs toplamalıdır. Sakrebulonun deputatı 21 yaşına çatmış və azı altı ay ölkədə yaşayan Gürcüstan vətəndaşı ola bilər.

Tbilisi meri birbaşa səsvermə yolu ilə seçilir. Namizəd 25 yaşdan yuxarı Gürcüstan vətəndaşı olmalı və ən azı altı ay ölkədə yaşamalıdır. Həm partiyalar, həm də vətəndaşların təşəbbüs qrupları bu vəzifəyə namizəd irəli sürə bilərlər. Səsverməyə gələn seçicilərin 50 faizdən çoxu ona səs verərsə, namizəd seçilmiş sayılır.

Tbilisidə səsvermədə yalnız 18 yaşı tamam olmuş, paytaxtda qeydiyyatda olan və ya faktiki olaraq şəhərdə yaşayan Gürcüstan vətəndaşları iştirak edə bilər.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak edənlərin yekun siyahısına 12 partiya daxil edilib. (AZƏRTAC)

Избранный
38
6
xezerxeber.az

7Источники