RU

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, iki nəfər ölüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai” markalı minik avtomobili yol kənarında ağaca çırpılıb. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində sürücü 1990-cı il təvəllüdlü X. Çobanov və sərnişin 1991-ci il təvəllüdlü S. Məmmədovun nəşləri nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Избранный
40
7
7news.az

10Источники