RU

Ermənistan bu simvolu arxivə göndərir FOTO

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Hökumətin qərarı ilə noyabrın 1-dən etibarən sərhəd keçidi möhürünün üzərindən Ararat dağı təsviri çıxarılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Yaşamağa Dəyər Ölkə” partiyasının həmtəsisçisi Mesrop Arakelyan “Facebook”da paylaşım edib.

“Bəlkə Ermənistan sözünü də siləydilər? Silməyiblər”- deyə o, vurğulayıb.

Qeyd edək ki, Ermənistan hökumətinin ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirinin çıxarılması ilə bağlı qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Safura Bənnayeva

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
globalinfo.az

1Источники