RU

Boksda böyük fiasko!

Liverpulda ilk dəfə “World Boxing”in bayrağı altında keçirilən boks üzrə dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, yığmamızın iki üzvü – Səidcəmşid Cəfərovla (75 kq) Alfonso Dominges (90 kq) yarımfinala vəsiqə qazanmaqla minimum bürünc medalı təmin edib. Cəfərov yarımfinalda özbəkistanlı Fəzliddin Erkinboyev, Dominges isə braziliyalı İsayas Santos Riberyro Filyo ilə qarşılaşıb. Hər iki boksçunun “milliləşdirildiyini” də xatırladaq.

Kubalı Dominges artıq çoxdan yığmanın şərəfini qoruyursa, özbək Cəfərov yığmaya bu il cəlb olunub. O, 2021 və 2022-ci illərdə Özbəkistan yığmasının heyətində Asiya çempionu olub, bir il sonra isə bu ölkədə keçirilən dünya çempionatında gümüş medal qazanıb. Səidcəmşidin həmvətəni Ravşan Xocayev Azərbaycan yığmasının baş məşqçisi təyin olunandan sonra o da ölkəmizi seçib.

Domingeslə Cəfərovun dünya çempionatında medal qazanmaq şansı onsuz da turnir başlamamış yüksək dəyərləndirilirdi. Amma Azərbaycan boks məktəbinin yetirməsi olan idmançılar üçün bu mundialı böyük bir fiasko kimi qiymətləndirə bilərik. Təmsilərimizdən beşi – Məhəmmədəli Qasımzadə (60 kq), Sərxal Əliyev (70 kq), Surət Qarayev (85 kq), Məhəmməd Abdullayev (90 kq) və Aynur Mikayılova (60 kq) elə ilk görüşdə uduzdu. Daha dördü – Sübhan Məmmədov (50 kq), Nicat Hüseynov (55 kq), Zaur Qəhrəmanov (65 kq) və Murad Allahverdiyev (80 kq) yalnız bir mərhələ keçməyi bacardı.

Bir sözlə, bunun adı fiaskodu. Təxminən bir il əvvəl yığmanıb baş məşqçisi təyin olunan Xocayev ilk sınaqdan üzüağ çıxmadı.

Избранный
46
football-plus.az

1Источники