RU

Bir sıra ərazilərə leysan, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.


Bu barədə Pravda az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.


Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub. Yüksək dağlıq ərazilərə, Şahdağa qar yağıb.


Yağıntının miqdarı Astarada 68, Zaqatalada 64, Lənkəranda 60, Balakəndə 50, Sarıbaşda (Qax) 27, Lerikdə 23, Yardımlıda 17, Qəbələdə 14, Cəfərxanda 10, Sabirabadda 9, Kişçay (Şəki), Oğuz, Qrız, Xınalıq, İmişli, Qusar, Şamaxı, Altıağac, Bərdə, Tərtər, Kürdəmir, Xaltan, Qobustan, Quba, Yevlax, Göyçay, Beyləqan, Gədəbəy, Biləsuvar, Şəmkir, Şirvan, Şabran, Neftçala, Füzuli, Zəngilan, Şuşa eləcə də Bakıda və Abşeron yarımadasında 8 mm-dək qeydə alınır.


Leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Balakən rayonu ərazisindən keçən Balakənçaydan sel keçir.


Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 21, Neftçalada 20, Culfada 18 m/s-dək güclənib.


Balakən, Sarıbaş (Qax), Kişçay (Şəki), Qırız, Şahdağ, Daşkəsən, Lerik, Göyçada duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Tarix: 14 Sentyabr 2025, 11:46   
Избранный
1
41
pravda.az

10Источники