RU

ABŞ taliblərlə danışıqlar aparıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Əfqanıstanda 2021-ci ildən hakimiyyətdə olan Taliban hərəkatı ilə amerikalı girovların azad edilməsi ilə bağlı danışıqlar aparıb.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Danışıqlarda ABŞ tərəfindən prezidentin girovların azad edilməsi məsələləri üzrə xüsusi nümayəndəsi Adam Beller və Əfqanıstan üzrə keçmiş xüsusi nümayəndə Zalmay Xəlilzad iştirak ediblər. Əfqanıstan tərəfini xarici işlər naziri Əmir Xan Müttəqi təmsil edib.
Əfqanıstan Xarici İşlər Nazirliyi hər iki tərəfin, xüsusilə də bir-birinin ölkələrində həbsdə olan vətəndaşlarla bağlı danışıqları davam etdirəcəyini bildirib. Ağ Ev və ABŞ Dövlət Departamenti hələlik şərh verməyib.
"Reuters" agentliyinin mənbəsi bildirib ki, ABŞ hakimiyyəti "Taliban"ın insan hüquqları sahəsində öhdəlikləri yerinə yetirməsinin yavaş tempindən məyusdur.
Ağ Ev hesab edir ki, bu, faydalı qazıntılar üzrə sazişin bağlanması perspektivlərini qeyri-müəyyən edir.
Избранный
75
50
oxu.az

10Источники