RU

Beyləqanda yol qəzası olub, bir nəfər ölüb -YENİLƏNİB

Beyləqan rayonunda (Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26-cı kilometrliyi) "Lexus" və "BMW" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Bu barədə FHN-dən bildirilib.

Yanğın nəticəsində "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı "BMW" markalı avtomobildə olan Rəşad Hacıyevin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.
Избранный
26
10
7news.az

10Источники